Xəbər lenti
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
“Vətən məfhumunun özəyindəki Vətənin vüqarlı oğullarıdır.” “Yazılan tarix oxunulmasa unudular.”
Bu gün Prezident İlham Əliyevin sərəncamına əsasənölkəmizdə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması - Anım Günü kimi qeyd edilir. Həmçinin təhsil müəssisələrində də Anım Günü ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir. Başqa cür də ola bilməz. Çünki, "Vətənpərvərlik hissi və milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur", Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövləti və millətin gələcəyi üçün bir o qədər yeni inkişaf və tərəqqi perspektivləri açılar.
Məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurum olaraq öz yetirmələrinin tərbiyəsinə kompleks yanaşmanı təmin etməli, ona çalışmalıdır ki, bu gün formalaşan yeniyetmə və gənc yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər və dövlətçiliyimizə sədaqətli olsun, vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin və xalqın hər bir uğuruna sevinmək onun idealına çevrilsin.Bu hiss insana genlə, qanla keçsə də, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Prezident İlham Əliyevin son illərdə təsdiq etdiyi Azərbaycan gəncliyi ilə bağlı bir neçə dövlət proqramı da məhz bu konseptual yanaşmanın reallaşmasına xidmət edir:
Belə ki, Prezidentin böyük uğurla gerçəkləşdirdiyi gənclər siyasəti gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə, gənclərin vətənçilik, dövlətçilik, azərbaycançılıq ideyaları əsasında əsl vətənpərvər kimi yetişmələrinə imkan yaradıb. Məktəblərimizdə bütövlükdə tərbiyə işində müəyyən boşluqlar olmasına baxmayaraq, bu sözləri yetişməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin və milli mənlik şüurun formalaşması ilə əlaqədar aparılan tərbiyə işi barədə demək ədalətsizlik olardı. Bunu qalibiyyətli Zəfər tariximiz bir daha əyani şəkildə sübut etmiş oldu. Vətənpərvərlik hissi və milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Bu gün ölkəmizin gələcəyi məhz gənc nəslin necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır. Bu missiyanı davam etdirmək və inkişaf etdirmək isə, təkcə valideynin və məktəbin işi olmayıb, hər bir vətənpərvər vətəndaşın borcudur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi günü kimi düşdü. Torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açdı.
Bəli, bu gün haqq-ədalət zəfər çaldı, Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi, beynəlxalq diplomatiyada öz sözünü dedi. General Həzi Aslanovu Polad Həşimov əvəz etdi. Böyük Vətən müharibəsi qəhrəmanları əfsanəvi Mehdi Hüseynzadə, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun yerinə müstəqil dövlətimizin apardığı Vətən müharibəsinin onlarla Mübariz oğulları gəldi.
İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz əhval ruhla səfərbərliyə qoşulanların sırasında müəllimlər, digər təhsil sahəsi ilə bağlı işçilərinin də olması, paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.
Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir. Şəhidlərimizin qanı bahasına başa gələn
Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır.
Təlim-tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar