Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib

Tarix: 27-09-2023 12:58     Baxış: 3354 A- / A+
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində, Sumqayıt Şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunan "Qalib xalqın şanlı ordusu" adlı tədbir keçirildi.
Manevr.az xəbər verir ki, Dövlət himni oxunduqdan sonra tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair - qəzəlxan Lilpar Cəmşidqızı tədbirə gələn qonaqları salamladı və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərib, şəhid olan igid oğlanlarımızın rəşadətli döyüş yolundan danışdı.
Sonra Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Sumqayıt Şəhər Mədəniyyət Evinin direktoru  Elnarə Rəşidova, bədii rəhbər  Kəmalə Aslanova iştirak elədi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi(AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, 2-ci qrup əlil  Zəkəriyə Rəhimov, polkovnik-leytenant Zeydulla Mustafayev, Kapitan Fəxrəddin Behbudov öz döyüş yolları haqqında ətraflı danışıblar.
Tədbirdə 3 nömrəli lisey- məktəbin şagird və müəllimləri də iştirak etdilər. Şəhid Vüsal Məmmədovun anası Kəmalə xanım göz yaşları içərisində oğlu haqqında söz açıb.
Sonda, tədbirin aparıcısı Lilpar Cəmşidqızı qeyd elədi ki, qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Azərbaycan xalqı öz Şəhidlərinin xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar