Xəbər lenti
Ruslar Naxçıvanda israr etsələr, nə edək?” – Atatürkün cavabı
Məqalədə Türkiyənin Azərbaycanın bu muxtar bölgəsinin təhlükəsizliyinin qarantı olduğu bildirilir.
Naxçıvanın tarixindən bəhs edilən məqalədə 1921-ci ildə Moskvaya ruslarla anlaşmaq üçün yollanan Türkiyə nümayəndə heyətinə Mustafa Kamal Atatürkün verdiyi göstəriş xatırladılır:
“Moskva müqaviləsindən əvvəl danışıqlar üçün Rusiyaya gedən nümayəndə heyətinin tərkibində olan Yusuf Kamal bəy Ankaradan ayrılmadan bir gün əvvəl Mustafa Kamal Paşa ilə görüşdü. Kamal bəy Atatürkdən soruşur: “Paşam, ruslar Naxçıvanda israr etsələr, nə edək?”.
Atatürkün ona cavabı belə olur: “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alın və əlinizdən gələni edin”.
“Star” qeyd edir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsilə Naxçıvan ölkənin ayrılmaz hissəsi kimi muxtar respublika statusunu saxlayır:
“Naxçıvanın təbii qaza ehtiyacı hazırda İrandan təmin edilir. Türkiyə və Azərbaycan Naxçıvanın təbii qazda İrandan asılılığını sıfıra endirmək üçün 2020-ci il dekabrın 15-də “Təbii qaz təchizatı üzrə Anlaşma Memorandumu” imzalayıb.
Nəşrin yazdığına görə, Zəngəzur dəhlizinin açılması Naxçıvanın önəmini artıracaq:
“Azərbaycanın qərb rayonları ilə quru əlaqəsinin olmaması Naxçıvanın inkişafına ən böyük maneə kimi göstərilir. Azərbaycanlılar Naxçıvana ya hava yolu ilə, ya da İran vasitəsilə çatırlar.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın Qarabağ zəfərinin, Ermənistanın isə məğlubiyyətinin təsdiqləndiyi bu iki ölkə ilə Rusiya arasında imzalanmış üçtərəfli bəyanata Prezident İlham Əliyevin tələbi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat xətlərinin açılması ilə bağlı maddə yer alıb.
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz ərazisində dəmir və avtomobil yollarının inşası işlərini böyük ölçüdə başa çatdırsa da, Ermənistan hələ də bununla bağlı heç bir addım atmayıb.
Zəngəzur dəhlizi fəaliyyətə başlayanda Ermənistan üzərindən Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək, eyni zamanda Çindən Orta Asiyaya, Xəzər dənizinə, Qafqaza və Türkiyəyə uzanan Orta Dəhlizin marşrutlarından biri olacaq. Beləliklə, Naxçıvanın əhəmiyyəti daha da artacaq”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar