Xəbər lenti
Millət vəkili erməniləri belə susdurdu - VİDEO

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev debatda Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə baş vermiş və hazırda bölgədə baş verən hadisələrlə bağlı ərəb auditoriyasına geniş məlumat verib. Debat zamanı Ermənistan təmsilçisinin söylədiyi yalanlar yerindəcə ifşa olunub. Ermənistanlı ekspertin Qarabağ ərazisini “müstəqil Arsax Respublikası” kimi təqdim etmək cəhdinə mane olaraq bunun heç bir hüquqi əsası olmayan və heç kim tərəfindən tanınmayan qondarma cinayətkar qurum olduğunu tamaşaçıların diqqətinə çatdırıb. Millət vəkili Cavanşir Feyziyev lokal xarakterli anti-terror tədbirlərinin artıq başa catdığını , qondarma qurumun ağ bayraq qaldırdığını və hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reintaqrasiyası ilə bağlı erməni icmasının nümayəndələri ilə görüşlər keçirildiyini bildirib.
Millət vəkili ərazimizdə yaşayan erməniəsilli vətəndaşların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına Azərbaycan dövləti tərəfindən zəmanət verildiyini də vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar