24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri ilə Azərbaycanın rəşadətli ordusu yeni bir nümunə yaratdı. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz qarşısında duran bütün strateji hədəflərə nail oldu və Azərbaycanın suveren əraziləri üzərində nəzarəti tam bərpa etdi.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, yaşayış məntəqələrinə daxil olmadan Azərbaycan ordusu yalnız hərbi hədəfləri zərərsizləşdirdi və düşmənin hərbi texnikaları məhv edildi, kommunikasiyalar və yüksəkliklər nəzarətə alındı.
"Azərbaycan ordusu separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz tərəfindən mülki obyektlər və əhali hədəfə alınmadı, yaşayış məntəqələrinə daxil olunmadı. Tədbirlər zamanı Rusiya sülməramlı kontingentinin fəaliyyəti üçün münbit şərait yaradıldı.
Azərbaycan bölgədə yeni reallıqlar yaradaraq əsrlər boyu münaqişələrə məruz qalan Cənubi Qafqaza, nəhayət ki, sülh gətirir. Bütün bunlar Azərbaycan ordusunun və Ali Baş Komandanın uğurlu fəaliyyəti nəticəsində baş tutur.
Artıq Azərbaycan bütün suveren ərazisində nəzarəti tam bərpa edib, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycandan çıxarılması prosesinə başlanılıb. Azərbaycan bu antiterror tədbirləri nəticəsində sülhün bərqərar olması prosesini sürətləndirdi. Ötən gün keçirilən Yevlax görüşü və əldə olunan nəticələr proseslərin Azərbaycanın müəyyən etdiyi sülh gündəliyə uyğun getdiyini bir daha göstərir", - deyə S.Hüseynova əlavə edib.
O qeyd edib ki, üç gün əvvələ qədər Azərbaycandan yükləri qəbul etməyən ermənilər bu gün özləri Azərbaycandan yardım istəyir.
Xəbər lenti
24 saat ərzində ordumuz yeni bir nümunə yaratdı - Deputat
Məlumdur ki, ermənilər bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyiblər. Azərbaycan hər zamankı kimi, öz sözünə əməl edərək, Qarabağda yaşayan mülki erməni əhalinin təminatı üçün artıq bir neçə yük maşını ərzaq yola salıb və bu prosesin davam etdiriləcəyini bildirib.
Azərbaycan öz istəyinə nail oldu, dəfələrlə Ermənistana xərbərdarlıq etsə də, qarşı tərəf öz havadarlarına arxalanaraq, yeni təxribatlara əl atdı və Azərbaycana təzyiq göstərəcəyini düşündü. Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə bütün bu çirkin planları alt-üst etdi və hər kəs anladı ki, Azərbaycanla diktə və təzyiq dili ilə danışmaq olmaz, bizi hər hansı təxribatlarla öz haqlı mövqeyimizdən döndərə bilməzlər", - deyə deputat əlavə edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar