Bu gün Yevlaxda baş tutan görüşdə Qarabağ ermənilərinin təmsilçisi kimi 2 şəxs - Sergey Martirosyan və David Melkumyan iştirak ediblər.
Manevr.az xəbər verir ki, Sergey Martirosyan 44 günlük müharibədən sonra Xankəndidəki seperatçı rejimin yaratdığı Rusiya Sülhməramlıları ilə Əməkdaşlıq Mərkəzinin rəhbəri olub.
Sergey Martirosyanın bu vəzifəyə gətirilməsinin səbəbi onun Rusiya Sülhməramlılarının ilk komandanı olan Rüstəm Muradovun yaxın dostu olmasıdır. Sergey Martirosya ötən əsrin 90-cı illərinin əvvəlində Rüstəm Muradovla birgə Rusiya ordusunda xidmət ediblər.
Daha sonra Vitali Balasanyan seperatçı rejimin təhlükəsizlik şurasının katibi təyin olunduqdan sonra Sergey Martirosyan onun yanında işləyib və azərbaycanla danışqılarda iştirak edib.
Vitali Balasanyan təhlükəsizlik şurasının katibi vəzifəsindən azad edildikdən sonra Sergey Martirosyan da bu vəzifədən azad olunub.
Sergey Martirosyanın Azərbaycan ilə danışqılarda iştirak etməsinin bir səbəbi də onun oğlunun 44 günlük müharibə zamanı itkin düşməsidir. Müharibə zamanı seperatçı rejimin ordusunda xidmət edən Sergey Martirosyanın oğlu itkin düşüb və bugünə kimi onun barəsində heç bir məlumat yoxdur.
Sergey Martirosyan Rüstəm Muradovla dostluğundan istifadə edərək oğlunu tapmağa çalışıb. Azərbaycan tərəfi ilə danışıqlarda da oğlunun tapılması xahişini edib.
Danışıqlarda iştirak edən digər şəxs - David Melkumyan isə 1980-ci ildə Xankəndidə anadan olub.
1998-2000-ci illərdə seperatçı rejimin ordusu sıralarında artilleriya kəşfiyyatçısı kimi xidmət edib. 2010-cu ildən Rusiya Erməniləri İttifaqının Xankəndi bölməsinin direktorudur. 2005- ci ildən “Artsax Demokratik Partiyasının” üzvüdür. 2015-ci il tarixində keçirilən qondarma parlament seçkilərinin nəticələrinə görə “parlamentin deputatı” seçilib. 2020-ci il tarixində keçirilən “parlament seçkilərində” yenidən “deputat” seçilib.ekonominfo.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar