Xəbər lenti
Türkiyədən aldığımız bu silah nə üçün istifadə ediləcək? – Polkovnik açıqladı
Türkiyənin “Boğaziçi Savunma” şirkətinin Azərbaycana çox sayda İLTER J250 PUA Aşkarlama və Əngəlləmə Sistemi ilə İLTER HP Mobil Yüksək Güclü GNSS Aldatma və İSM Əngəlləmə Sistemi çatdırmasına dair xəbər yayılıb. Nəzərə alsaq ki, Ermənistan silahlı qüvvələri 1 sentyabr tarixində şərti dövlət sərhədində təxribatlar zamanı zərbə dronlarından istifadə edib, bu xəbər diqqət çəkir.
Maraqlıdır, rəsmi Bakı bununla yeni təxribatların qarşısını almağa çalışır? Ermənistan-Azərbaycan şərti dövlət sərhədində yeni gərginliyin baş verməsi mümkündür?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib ki, Azərbaycan silah alışını planlı şəkildə edir:
Şair Ramaldanov
“Bu mənada mən bu hadisədə təəccüblü heç nə görmürəm. Ümumiyyətlə, hazırda Ermənistanda elə də güclü silahlar yoxdur. Yəni mövcud vasitələrimizlə də onların ehtimal təxribat cəhdlərinin qarşısını ala, cavablarını layiqincə verə bilərik.
Bildiyiniz kimi, Azərbaycan ordusunda davamlı yenilənmə prosesi gedir. Yeni texnikalar alınır, köhnə texnika, silah-sursat modernləşdirilir. Bu mənada hər yeni alınan texnika silah-sursatı mütləq müharibəyə, ya da qarşıdurmaya bağlamaq doğru deyil. Hərbi təlimlər üçün də texnika, silah alına bilər. Onu da deyim ki, uzunmüddətli təlimlər zamanı alınan silah-sursat, texnika müharibə zamanı alınandan daha çox olur”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan Qarabağda nəzarəti bərpa edir, lakin bu o demək deyil ki, bütün təhlükələr sovuşub:
“Azərbaycan heç bir qonşu ölkəyə ərazi iddiası irəli sürmür. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Lakin bu o demək deyil ki, Azərbaycan ordusu yenilənmə prosesini dayandıracaq, ya da yeni texnika, silah-sursat almayacaq.
Elxan Şahinoğlu
Ümumiyyətlə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da belə bir təəssürat vardı ki, ordu quruculuğu dayanacaq. Lakin əksi oldu. Hesab edirəm, indiki məqamda Türkiyədən PUA əleyhinə sistemlərin alınması Ermənistanın İrandan və Fransadan aldığı zərbə dronları ilə bağlıdır. Düzdür, İranın dronları Ukraynada özünü doğrultmadı və zəifliyini göstərdi. Amma Fransanın dronlarına qarşı Türkiyədən alınan sistemlərin müsbət effekti olacaq.
O ki qaldı Ermənistanla ehtimal sərhəd toqquşmalarına, bu, mümkün ssenaridir. Azərbaycan bu halların qarşısını almaq üçün məhz ordusunu gücləndirir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar