Xəbər lenti
Xızıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş konfrans keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xızı rayonunda 20 sentyabr 2023-cü il tarixində Müasir, Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş konfrans keçirilib.Manevr.az-ın xəbərinə görə, konfransda Milli Məclisin deputatı Müşfiq Məmmədli, Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elnarə Akimova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Abşeron-Xızı regionu üzrə məsul işçisi Orxan Bayramov, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev və partiya fəalları iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonra konfrans işini Heydər Əliyev Mərkəzində davam etdirib.Azərbaycan Respublikasının dövlət himni səslənib, Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































