Xəbər lenti
Sədaqət Vəliyeva: Azərbaycanın səbri ilə oynamaq, humanistliyindən istifadə etmək olmaz
Sədaqət Vəliyeva
Milli Məclisin üzvü
Son dövrlər Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır - Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutur, ərazilərimizdə minaların basdırılmasına davam edir, döyüş mövqelərini təkminləşdirərək səngər və sığınacaqların sayını artırır, bir sözlə müxtəlif cəhdlərlə vəziyyəti gərginləşdirməyə çalışırdı. Eyni zamanda dünya ictimaiyyəti erməni təxribatına yaşıl meydanlarda və digər müstəvilərdə də şahidlik edirdi.
Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi yüksək səbr və humanistlik nümayiş etdirir, Ermənistanı sülhə çağırırdı. Lakin Ermənistan tərəfi yenə də nəticə çıxarmır, əksinə təxribatlarının miqyasını artırmağa davam edirdi. Sentyabr 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşviyyat-diversiya qrupu tərəfindən terror məqsədilə quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərimiz həlak oldu. Eyni zamanda həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşviyyat-diversiya qrupu tərəfindən terror məqsədilə quraşdırılmış minaya düşdü və hərbi qulluqçularımız həlak oldu. Əlbətdə artıq bizim başqa seçimimiz yox idi, anti-terror əməliyyatları qaçılmaz və Azərbaycanın haqqı idi. Belə də oldu. Azərbaycan Ermənistan tərəfinin törətdiyi təxribatların qarşısının alınması, öz konstitusion quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatlarına başladı. Xüsusilə qeyd emək lazımdır ki, Vətən Müharibəsində olduğu kimi Azərbaycan tərəfi bu dəfə də öz humanitsliyinə sadiq qalaraq mülki əhalini və infrastruktur obyektlərini hədəfə almadı. Eyni zamanda Azərbaycan tərəfi sülhün şərtlərini də açıq şəkildə bəyan etdi: Erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılsın və qondarma rejim buraxılsın. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, artıq Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayıb. Axı biz dəfələrlə Ermənistan tərəfinə xəbərdarlıq etdik ki, təxribatların sonu uçurumdur, öz sonunuzu yaxınlaşdırmayın, müstəqil olun, havadarlarınızın yalan vədlərinə uymayın, xalqınızı düşünün, şəxsi maraqlarınız naminə xalqınızı qurban verməyin, sülhə gəlin! Təəssüf ki, Ermənistan tərəfi bütün bunları dəyərləndirə bilmədi. Nəticə isə göz qabağındadır: “Bir daha hər kəs görsün ki, Azərbaycanın səbri ilə oynamaq, humanistliyimizdən istifadə etmək olmaz. Dəmir Yumruq hər zaman yerindədir!”
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar