Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Netanyahu Ərdoğana təşəkkür etdi

Tarix: 20-09-2023 11:58     Baxış: 4352 A- / A+


Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələri, İsrail-Fələstin münaqişəsi ilə bağlı son prosesləri, həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüşdə Türkiyənin İsraillə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər sülh naminə birgə çalışmalıdırlar.

Manevr.az xəbər verir ki, Netanyahu görüşün əvvəlində Ərdoğana "Əlaqələrimiz güclənir", deyib.

Liderlər İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması üçün razılığın əldə edilməsi səylərini, eləcə də digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Netanyahu Ərdoğana iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığa, o cümlədən “İranın İstanbulda israillilərə hücum cəhdlərinin qarşısının alınmasına” görə təşəkkür edib. İki ölkə liderləri yaxın vaxtlarda İsrail və Türkiyəyə rəsmi səfərlər təşkil etmək barədə razılığa gəliblər.


Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar