Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ramzan Kadırov hazırda haradadır?

Tarix: 18-09-2023 13:23     Baxış: 4213 A- / A+

Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin qəfil pisləşməsi və hətta dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Dünən isə Kadırov öz teleqram kanalında video paylaşaraq sözügedən məlumatlarla təkzib edib. Videonun Qroznı şəhərində çəkildiyi iddia olunur. 
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiyanın "Вёрстка" nəşri isə Kadırovun hazırda Moskvada olduğunu iddia edib.
Nəşrin məlumatına görə, Kadırova məxsus təyyarə sentyabrın əvvəlindən 3 dəfə Moskvaya uçuş həyata keçirib: "Böyük ehtimalla, Çeçenistan rəhbəri hazırda Moskvadadır. "RA-73417" nömrəli təyyarə sentyabrın 6 və 9-u Moskvada yerə enib. Sonuncu dəfə isə təyyarə Qroznıdan Moskva istiqamətində sentyabrın 15-i uçub və həmin tarixdən bu yana Çeçenistana qayıtmayıb". Qeyd olunur ki, son zamanlar mediada Kadırovun səhhətinin pisləşməsi və onun Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicə alması barədə yayılan məlumatlar fonunda təyyarənin hərəkəti maraq doğurub. Rusiyanın bəzi teleqram kanallarında yayılan məlumata görə isə, sentyabrın 17-si  səhər saatlarından Mərkəzi Klinik Xəstəxanaya çeçen dövlət nömrə nişanlı avtomobillər gəlir və onlar əraziyə yoxlanılmadan buraxılır. Məlumat rəsmi olaraq təsdiq olunmayıb. 
Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar