Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Öncə Vətəndir! - Elbariz Məmmədli yazır

Tarix: 17-09-2023 14:55     Baxış: 3196 A- / A+

Elbariz Məmmədli

Nə baş verir?  Bizi yenə də  faciəli oyunların içinə sürükləyirlər. Və hadisələrin gərginləşdiyi vaxtda, birdən birə riyakar Qərbin yadına Azərbaycandakı insan haqları düşür. Ermənilər rusa meydan oxuyur. ABŞ haylarla birgə hərbi təlimlər keçir. İran həmişə olduğu kimi, fahişə üzəduranlığını əldən yerə qoymur. Putinin namərd bəyanatı real niyyətləri ortaya qoyur. Zaxarova Kələntəryanın (lənətə gəlmiş Lavrovun) qara düşüncələrinin dili ilə hər iki tərəfə( Azərbaycan və Ermənistana) hədə dolu ifadələr işlədir. ABŞ Laçın dəhlizi deyib, banlayır. Ölkədəki müxtəlif təmayüllü (guya) siyasət adamları sərsəm düşüncələri ilə cəmiyyətdə pərakəndəlik yaradır. Ermənilər aktivləşirlər. Biz isə...
Bəziləri iddia edirlər ki, Rusiya erməniləri cəzalandırıb, bizə Qarabağın xilası üçün yaşıl işıq yandıracaq. Yəni, siz doğrudanmı belə düşünürsünüz? O zaman bircə barmağınızı yumun ki, hansı məqamda ruslar bizə kömək əli uzadıb. Hansı məqamda tökülən qanımızın qarşısını alıb? Tarix belə bir hadisənin şahidi olmayıb. Heç başqaları da bu fikrə düşməyib. Qardaş Türkiyədən başqa. İran Ermənistana qucaq açır, Azərbaycandakı əxlaqı əyrilər İsraili söyür. Niyə? Deməli biz, dar gündə yanımızda olanlarla İrana görə düşmən olmalıyıq, eləmi? Ölkədəki xain rusbaşlar Rusiyaya, iranpərəstlər İrana qucaq açırsa, bəs, bizim varlığımız nəyə dərmandır?  Ermənilər İrəvanda və Xankəndidə min oyundan çıxırlar, bizim səsimiz çıxmır. Maraqlıdır, Azərbaycan müxalifəti bircə dəfə toparlanıb Rusiyanın özbaşınalıqlarına qarşı birlik nümayiş etdirməyib. Güvəndikləri şarlatan Qərbdən buna diqqət ayırmasını istəməyib. Əvəzində insan haqları istəyi ilə yarınmağa çalışıb. Çünki çoxlarının ipi başqalarının əlindədir. Onlar üçün millət və xalq anlayışları müəyyən məqsədlərə çatmaq üçündür. Neçə ki, bu ölkədə yedək ziyalıları, müxalifləri, siyasiləri söz sahibidir, elə Rusiyanın istədiyi olacaq. Bu gün Qarabağ dərdini çözməyə toparlanmayan millətdən heç nə çıxmaz. Ermənistandakı Rusiya Qərb qarşıdurması da bizim istəklərimizdə açar rolu oynamayacaq. Hərçənd ki, bəziləri buna da ümid bəsləyirlər. Olmayacaq! ABŞ-dan gələn səsləri eşitmirsinizmi? Blinken artıq Qarabağda yaşayan ermənilərin qayğısına köklənib. Fransa, Almaniya yenidən kükrəməyə başlayıb. Biz də bu pərakəndə cəmiyyətimizlə oturub, itin-qurdun ağzını güdürük. Başqalarının sənin üçün istədiyi haqq heç vaxt sənə aid ola bilməz. Onu sən özün qazanmalısan! 
Hər halda, bunlar bir vətəndaş olaraq, mənim şəxsi düşüncələrimdir. Vətəni sevmək üçün iqtidar və ya müxalifət olmaq heç nəyi həll etmir. Vətən dəyişilməz, əvəzolunmaz və satılmazdır. Türkün isə daşı ağır olduğu üçün düşmənləri
 yetərincədir. Onların sırasında bu gün bizim ədalət umduqlarımız ön sıraları tuturlar. Vətənin bütövlüyü bizim bütövlüyümüzdür. Bütün siyasi oyunları bir tərəfə atıb, buna köklənməliyik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar