Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Səfər Əbiyev Ədalət Verdiyevi hərbidən niyə uzaqlaşdırıb? – Özü açıqladı

Tarix: 16-09-2023 16:20     Baxış: 3163 A- / A+

Hərbi ekspert Ədalət Verdiyevin sosial şəbəkələrdə işdən ayrılma səbəbinin Səfər Əbiyev olmasını açıqlaması müzakirələrə səbəb olub.
Məsələni dəqiqləşdirmək üçün Globalinfo.ax Ə.Verdiyevlə əlaqə saxlayıb.
O, hələ 33 yaşı olarkən işdən ayrıldığını bildirib:

Ədalət Verdiyev
“2003-cü ildə növbəti zabit rütbəm komandanlıq tərəfindən ləngidildi, ardınca isə bəzi aldığım əmrlərin qanunsuz olduğuna görə onları yerinə yetirməkdən imtina etdim və ordudan öz ərizəmlə tərxis olunmağım barədə ərizə yazdım. 17 il ərzində bir dəfə xəbərdarlıq və töhmət almadığıma, kəşfiyyat üzrə “Usta” məharət dərəcəmin olmağına, NATO-da Azərbaycanı uğurla ilk təmsil edənlərdən biri olmağıma, son illərdə komandiri olduğum bölmənin Birlikdə ilk 3 yerdən birini tutmasına və daim attestasiyalardan yüksək bal almağıma baxmayaraq, məni general-mayor Qabil Məmmədovun təqdimatı və nazir Səfər Əbiyevin əmri ilə ordudan “xidməti uyğunsuzluq” maddəsi ilə tərxis etdilər. Həmin dönəmdə tərxis olunmaq istəyənlərin demək olar ki, əksəriyyətini bu maddə ilə xidmətdən uzaqlaşdırırdılar. Bu maddə isə başqa güc strukturunda xidmət etməyə imkan vermirdi”.
Ə.Verdiyev deyib ki, təqaüdə çıxan zaman 33 yaşı olsa da, imtiyazlı xidmət illəri 31 il olub:
“Çünki Azərbaycanda xidmətimin 75 faizini cəbhə bölgəsində keçmişdim. Sonradan yeni müdafiə naziri Zakir Həsənova xidmətə bərpa olunmaq üçün müraciət etsəm də, ərizəmə baxan olmadı. İndi mənim kimi bir çoxlarının xidmətini baltalayan Qabil və Səfər kimilərdən heç birini Qarabağ və Zəngəzurda şanlı qələbəmizin tarixini yazan Silahlı Qüvvələrimizin yanında görmürük. Hazırda heç nədən şikayətçi deyiləm. Əlimdən gələn qədər müzəffər Ali Baş Komandanın, qəhrəman əsgərimizin və qalib dövlətimizin yanında, informasiya savaşında düşmənlərimizlə savaşın ön cəbhəsində olmağa çalışıram. Əlimdən başqa iş gəlmədiyinə görə, bu sahədə bir qədər faydalı olmaq istəyirəm.”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar