Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Səkinə Sadıxova növbəti görüşünü Uşaq Xəstəxanasında keçirib

Tarix: 15-09-2023 09:15     Baxış: 3206 A- / A+

Səkinə Sadıxova növbəti görüşünü Uşaq Xəstəxanasında keçirib




Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova tibb müəssisələrində görüşləri davam etdirir.

Manevr.az Sumqayıt24-ə istinadla xəbər verir ki, növbəti belə görüş Uşaq Xəstəxanasında keçirilib. Görüşdə direktor müavini Arzu Bəndəliyeva, müvafiq şöbə və bölmə rəhbərləri iştirak ediblər. Xəstəxananın baş həkim əvəzi Esmira Hüseynova rəhbərliyi altında olan tibb ocağının sutkalıq fəaliyyətindən söz açıb.
Qeyd olunub ki, xəstəxana Sumqayıtda 110 mindən çox uşağa xidmət göstərir. Müəssisənin təcili tibbi yardım şöbəsi müasir tələblərə uyğun qurulub. Digər şöbələrdə də müvafiq işlər görülür.
Görüş zamanı şöbə rəhbərlərinin gündəlik hesabatları, tibbi personalın avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat kimi məsələlərlə bağlı müraciətləri dinlənilib.
Direktor Səkinə Sadıxova çıxışında kadr potensialının gücləndirilməsinin, tibb personalının peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin pasiyent məmnunluğunun ən vacib şərtlərdən biri olduğunu qeyd edib. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şöbə rəhbərlərinə zəruri tapşırıqlar verilib.
Sonda tibbi personalı maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar