Xəbər lenti
Müharibə olacaq, çünki Əliyevə verilən vədlər... – Ovannisyan

Rəsmi İrəvan bütün platformalarda və Ermənistanda hamı qarşıdan gələn yeni müharibədən danışır. Nikol telefonunda nömrəsi olan hər kəsə zəng edir.
Bu barədə erməni politoloq Vaqe Ovannisyan yazıb.
“Amma çaş-baş qalmış erməni cəmiyyəti üçün bir neçə sadə suala heç kim cavab vermir: müharibə nə vaxt, harada, kimlər arasında, nə üçün olmalıdır? Əliyevin müharibəsinin məqsədi nədir, sonda o, nə istəyir? Məqsədi olmayan müharibə yoxdur”, - o bildirib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti Ağdam yolunu açmaq istəyirsə, niyə Ermənistana hücum etməlidir?
“Əgər Əliyev Ermənistandan ona vəd edilən 8 anklavı almaq istəyirsə, bu, müəyyən məna kəsb edir. Amma belə olan halda Ermənistan ictimaiyyəti öz baş nazirinə belə bir sual yaratmalıdır: belə bir vədi necə, hansı haqla vermisiniz?
Əgər Əliyev ona vəd edilənləri istəyirsə, o zaman ictimaiyyətin sualı belə olmalıdır: daha nə vəd etdiniz ki, biz bilmədik?
Belə çıxır ki, 2018-ci ildən başlayaraq erməni xalqı sırf müharibə materialıdır.
Bütün müharibələr risklidir və tərəflər yüksək qiymət ödəyirlər. Müharibələr elə belə olmur. Xalqa başa salmaq lazımdır ki, müharibələr həmişə siyasi danışıqlarda səhvlərdən doğur. Bizdə isə müharibə səbəbi düşmənə verilən irimiqyaslı vədlər, onun yaratdığı gözləntilərdəndir”, - o qeyd edib. yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar