Xəbər lenti
Sumqayıtda YAP fəalları və sakinlərlə görüş keçirilib - Şəkillər
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli və Azərbaycan Bayrağı Ordenli Vətən Müharibəsi qazisi Zahir Həsənov Sumqayıt şəhəri birləşmiş məhəllədə partiya fəalları və sakinlərlə görüşüb.Manevr.az-ın xəbərinə görə, görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və deputat Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə, Partiyada aparılan islahatlar, görülən işlər, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı məsələlərdən bəhs ediblər.
Görüşdə iştirak edən partiya fəalları və sakinlər aidiyyatı üzrə suallar və təkliflər verib belə görüşlərin təşkil olunmasını yüksək qiymətləndiriblər Görüşdə bir sıra məsələlərə toxunulub, lazımi qeydlər aparılıb Vətəndaşlar öz növbəsində çıxış edərək, ölkə rəhbərinə olan rəğbətlərini bir daha vurğulayıb, keçirilən bu görüşlərin mütəmadi olmasının vacibliyini qeyd ediblər. Daha sonra məhəllə sakinləri onları narahat edən məsələləri səsləndiriblər.Manevr.az



















Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































