Xəbər lenti
Ərdoğandan Ermənistana tələb: Azərbaycanın icazəsi olmadan... – Türkiyənin sabiq səfiri

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
O qeyd edib ki, Azərbaycanın bu məsələdəki davranışı onun gücü və xarakterinin göstəricisidir:

Sabiq səfir hesab edir ki, Xankəndidə humanitar böhran, aclıq və blokada ilə bağlı uydurulmuş yalanlar bir teatr ssenarisi idi:
“Orada ərzağa ciddi ehtiyac olsa idi, Azərbaycanın göndərdiyi 40 ton unu qəbul edərdilər. Ona görə də, erməni tərəfinin qaldırdığı hay-küy sadəcə oyundur. Ermənistan tərəfi bu oyunun başa çatdığını qəbul etməlidir”.
“Xankəndi və onun ətrafında yaşayan erməni sakinlər başa düşməlidir ki, heç bir dövlət gəlib onlara yardım edə bilməyəcək. Onlar havadarları tərəfindən bir vasitə kimi istifadə edildiklərini dərk etməlidir. Anlamalıdırlar ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisində yaşayırlar. Nəhayət onlar Azərbaycan vətəndaşlığı ilə bağlı konkret qərar verməlidir. Bunu qəbul etmədikləri halda ərazini tərk etməlidirlər. Amma Azərbaycan ərazisində olduqları müddətdə ölkənin qanunlarına uyğun davranmalıdırlar. Orada bir ehtiyac varsa, bunu Azərbaycan təmin edə bilər. Bu baxımdan orada “aclıqla” bağlı ortaya atılan şou iflasa uğradı”.
İMZA təmsilçisi bildirib ki, heç bir dövlət Azərbaycanın icazəsi olmadan Qarabağa yardım göndərə bilməz: “Fransa, erməni lobbisi, ABŞ-ın prosesə fərqli yanaşması məsələlərin həllini gecikdirir. Tələb odur ki, onlar bu prosesə maneə olmasın. Azərbaycan Prezidenti dostluq əlini uzadıb. Ermənistanın bu əli tutması, öpməsi lazımdır. Çünki bu əldə bərəkət var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistana sülh əlini uzadıb. Bu mənada Türkiyə Ermənistan münasibətlərinin normallaşması, onun Azərbaycanla imzalayacağı sülh müqaviləsindən asılıdır”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar