Xəbər lenti
Qondarma “seçki” oyunu: Ermənistanın təcavüzkar siyasətinin avantürası

Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, məhz bu kontekstdə Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət ölkə Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir: “Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız ölkə Konstitusiyası və qanunları müəyyən edir. Bu qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Bu baxımdan da ölkəmizin suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur”.
Millət vəkilinə görə, qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan işğalçı siyasətinin davam etməsi üçün məkirli mövqe sərgiləyir: “Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməlidir. Bu ölkə nəhayət Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalıdır. İşğal və təcavüzkar siyasətin əksinə olaraq erməni tərəfi normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərə əməl etməlidir”.
Deputat hesab edir ki, Ermənistan Azərbaycan ərazisində yaşayan etnik ermənilərin dialoquna maneə olmaq niyyətindən əl çəkməli, reinteqrasiya prosesinə maneə olmalıdır: “Çünki Ermənistanın bu davranışları Azərbaycanın daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı açıq qəsddir. Sözsüz ki, güclü və qalib Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq. Ona görə də, bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması təmin edilməlidir. Öz mövcudluğunu qanunsuz olaraq saxlamağa çalışan separatçı-xunta rejimi ləğv edilməlidir. Beynəlxalq ictimaiyyət də Ermənistanı bölgədə normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməlidir. Eyni zamanda erməni tərəfinin “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pislənməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar