Xəbər lenti
Bu gün Xankəndidə qarşıdurma gözlənilir - Səbəb

Babayanın “namizədliyi” qeydə alınmadığı üçün Şahramanyan yeganə “namizəd” kimi separatçıların yeni “başçısı” olacaq. Erməni mənbələr qondarma “seçki” günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini “təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Baş verənlər “seçki günü” Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan “zəif bənd”dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma “seçki” baş tutarsa, Şahramanyan separatçıların yeni “başçısı” olacaq.
Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma “seçkilərin” qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların “seçki günü”, yaxud ondan sonrakı günlərdə atılması mümkündür. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar