Xəbər lenti
İran ordunu sərhədimizə yığır: “müdaxilə” edə bilər?
İranın dövlət mediası, SEPAH-a bağlı informasiya resursları ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbərlər tirajlayır. Bildirilir ki, Azərbaycan və Ermənistanın sərhəd bölgələrində PUA-lar kəşfiyyat uçuşları aparır. Tehranın Ermənistanın ərazi bütünlüyünə qarşı atılan hər hansı addıma səssiz qalmayacağı və reaksiya verəcəyi vurğulanır.
Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi İran ordusunun hazır vəziyyətə gətirilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
O bildirib ki, Tehran hökumətinin bu məsələdə ciddi addımlar atacağı real görünmür:
“Bununla bağlı iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi odur ki, İran Güney Azərbaycan məsələsindən və orada əhalinin 40 faizindən çoxunu təşkil edən türklərdən dolayı, antitürk siyasəti aparır. Çalışır ki, Türkiyə və Azərbaycanın Zəngəzur üzərindən birləşməsinə mane olsun. Bunun İranın daxilində gələcək “tarazlığa”, yəni fars millətçilik axınına zərər vura biləcəyini anlayır. Amma düşünmürəm ki, İran Azərbaycana qarşı ciddi bir təxribata əl atsın. Burada daxili məsələlərlə yanaşı, xarici ölkələr faktoru da var. Sadəcə, psixoloji hərbi təbliğatla məşğuldur”.
Onun sözlərinə görə, İran belə bir fikir formalaşdırmaqla daxildəki problemlərdən diqqəti yayındırmaq istəyir:
“Ötənilki sentyabr etirazlarının ildönümü yaxınlaşır. Rejim etirazların təkrar ola biləcəyindən çox qorxur. Odur ki, fərqli işlərə əl atır. İstər Güney Azərbaycanda, istər ölkənin başqa bölgələrində etirazları zəiflətmək üçün əlindən gələni edir. Böyük ehtimalla, xarici düşmən və təhdid bəhanəsi uyduraraq, ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar