Xəbər lenti
Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Milli Məclisin deputatı, Parlamentlərarası işçi qrupunun rəhbəri Müşfiq Məmmədli tədbirdə iştirak edib.
Bu barədə Manevr.az açıqlama verən deputat bildirib ki, dövlətlərarası əlaqələr beynəlxalq təsisatlar çərçivəsində bu gün də inkişaf etməkdədir. Ötən ay BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Braziliyanın Azərbaycana olan dəstəyi, Xankəndi, Azərbaycanın ərazi bütövlüyü ifadələrini işlətməsi sözsüz ki təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Həmçinin bildirmək istərdim ki, bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanırıq ki, dövlətlərarası əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli qaydada daha yüksək səviyyəyə çatacaq:
"Belə ki, Braziliya Azərbaycanın Latın Amerikasındakı ən böyük ticarət tərəfdaşlarının zirvəsində qalmaqda davam edir.
Hazırda ikitərəfli iqtisadi əməkdaşlıq üçün geniş imkanların müzakirəsi üçün ticarət və investisiyalar üzrə hökumətlərarası işçi qrupunun çağırılması məsələsi müzakirə olunur.
Həmçinin oktyabr ayında Azərbaycan və Braziliya arasında kosmik elm və texnologiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişin təqdimatı gözlənilir.
Oktyabrın sonunda Azərbaycan və Braziliya ikinci dəfə Bakı Braziliya Film Festivalı və Braziliya Klassik Musiqi Festivalını keçirməyi planlaşdırır. Bu barədə Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz tədbir zamanı çıxışında da bildirdi.
Eyni zamanda ölkələrimiz arasında əmtəə dövriyyəsi artır və kənd təsərrüfatı istehsalının sabit artımını təmin etmək üçün Braziliya üçün vacib olan ölkəmizdən davamlı əsasda gübrə ixracının artırılması məsələsi gündəmdədir. Ümumilikdə 15 saziş layihəsinə baxılır, onlardan ikisi təhsil və kənd təsərrüfatı üzrə sazişlərdir. Onların yaxın vaxtlarda imzalanması gözlənilir", deyə M.Məmmədli vurğulayıb.
Nigar Nəriman
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar