Xəbər lenti
“Zəngəzur dəhlizi bu yolla açıla bilər” - Akopyan
Ermənistan Baş naziri Nikol Paşinyan açıq formada anti-Rusiya kampaniyasını qızışdırır.Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Ermənistan baş naziri bu yöndəki addımlarını şüurlu şəkildə atır. Əvvəlcə İtaliya qəzetinə müsahibəsində Rusiyanı sərt tənqid etdi, ardınca Putinin həbsini də nəzərdə tutan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsini gündəmə gətirdi, daha sonra həyat yoldaşını Ukraynaya göndərdi. Dünən isə məlum oldu ki, sentyabrın 10-12-də ABŞ-la birgə hərbi təlim keçirməyi qərara alıb. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə ölkəmizin KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağıraraq onu Hollandiyaya səfir təyin etdi.
Bütün bunları ümumiləşdirəndə açıq-aşkar görünür ki, Nikol Paşinyan Rusiya üçün qəbuledilməz olan nümayişkaranə addımlar atır. Ermənistan hökuməti odla oynayır, Rusiyanın Gürcüstan və Ukraynadakı siyasətini təkrar edib-etməyəcəyini yoxlayır”, - məlumatda deyilir.
Erməni politoloq Suren Zolyanın fikrincə, bütün bu addımlar təsadüfi deyil, Paşinyanın Qərblə gizli anlaşmaları var və bunların həyata keçirilməsinə Rusiya mane olur.
Zolyan vəziyyətin gərginləşməsinin Azərbaycanla hərbi toqquşmaya gətirib çıxaracağı istisna etmir. O, buna yol açacaq məsələlərdən birinin Ağdam-Xankəndi amili olduğunu deyib: “Azərbaycan Prezidenti bəyan etdi ki, razılaşma var, Ağdam-Xankəndi yolu istifadəyə verilməlidir. Bu da Laçın yolunun açılması üçün ilkin şərt olacaq, bunu hətta Şarl Mişel də dilə gətirib. Paşinyan isə bunu inkar etməyib”.
Onun sözlərinə görə, digər məsələlərlə bağlı da bəzi razılaşmalar, bəlkə də beynəlxalq mərkəzlərə verilən vədlər var ki, Paşinyan bunları yerinə yetirə bilmir. Zolyan bunu edə bilməyən Ermənistan baş nazirinin vəziyyəti bilərəkdən gərginləşdirdiyini iddia edib.
“Bu vəziyyət bizə 2020-ci ildəki müharibədən əvvəlki dövrü xatırladır”, - politoloq söyləyib.
Erməni ordusunun keçmiş baş qərargah rəisi Movses Akopyan hərbi toqquşma təhlükəsinin artdığını bildirib. Onun iddiasına görə, Zəngəzur dəhlizi danışıqlar yolu ilə açılmasa, məsələ hərbi yolla çözüləcək.teleqraf.com
Manevr.az
“Ermənistan baş naziri bu yöndəki addımlarını şüurlu şəkildə atır. Əvvəlcə İtaliya qəzetinə müsahibəsində Rusiyanı sərt tənqid etdi, ardınca Putinin həbsini də nəzərdə tutan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsini gündəmə gətirdi, daha sonra həyat yoldaşını Ukraynaya göndərdi. Dünən isə məlum oldu ki, sentyabrın 10-12-də ABŞ-la birgə hərbi təlim keçirməyi qərara alıb. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə ölkəmizin KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağıraraq onu Hollandiyaya səfir təyin etdi.
Bütün bunları ümumiləşdirəndə açıq-aşkar görünür ki, Nikol Paşinyan Rusiya üçün qəbuledilməz olan nümayişkaranə addımlar atır. Ermənistan hökuməti odla oynayır, Rusiyanın Gürcüstan və Ukraynadakı siyasətini təkrar edib-etməyəcəyini yoxlayır”, - məlumatda deyilir.
Erməni politoloq Suren Zolyanın fikrincə, bütün bu addımlar təsadüfi deyil, Paşinyanın Qərblə gizli anlaşmaları var və bunların həyata keçirilməsinə Rusiya mane olur.
Zolyan vəziyyətin gərginləşməsinin Azərbaycanla hərbi toqquşmaya gətirib çıxaracağı istisna etmir. O, buna yol açacaq məsələlərdən birinin Ağdam-Xankəndi amili olduğunu deyib: “Azərbaycan Prezidenti bəyan etdi ki, razılaşma var, Ağdam-Xankəndi yolu istifadəyə verilməlidir. Bu da Laçın yolunun açılması üçün ilkin şərt olacaq, bunu hətta Şarl Mişel də dilə gətirib. Paşinyan isə bunu inkar etməyib”.
“Bu vəziyyət bizə 2020-ci ildəki müharibədən əvvəlki dövrü xatırladır”, - politoloq söyləyib.
Erməni ordusunun keçmiş baş qərargah rəisi Movses Akopyan hərbi toqquşma təhlükəsinin artdığını bildirib. Onun iddiasına görə, Zəngəzur dəhlizi danışıqlar yolu ilə açılmasa, məsələ hərbi yolla çözüləcək.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar