Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər və Laçında tullantı poliqonu yaradılır

Tarix: 06-09-2023 17:38     Baxış: 3364 A- / A+


Kəlbəcər və Laçında tullantı poliqonu YARADILIR


Kəlbəcər və Laçın rayonlarının inzibati ərazilərində "təhlükəsiz bərk tullantılar poliqonları"nın layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC məlumat yayıb.
Məlumata görə, hər iki rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 50 min kubmetr olacaq. Hər iki poliqonun yerləşdiyi ərazidə mühəndis geoloji və hidroloji axtarış işləri aparılacaq. 
Xatırladaq ki, 2022-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.
 
Proqrama əsasən, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar