Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Onların partiyaları qeydiyyata alındı

Tarix: 04-09-2023 17:15     Baxış: 4379 A- / A+

Bu gün Ədliyyə Nazirliyi Ağ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) qeydiyyata alıb.
Manevr.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ağ Partiyanın başqanı Tural Abbaslı üzvlərin reysterinin qanuna uyğunluğunun yoxlanıldığını və partiyanın qeydiyyata alındığını bildirib.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu VHP-nin qeydiyyata alınması ilə bağlı partiyanın sədr müavini Samir Əsədli məlumat verib: “Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.
Xatırladaq ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra partiyalar qarşısında qoyulan 1000 nəfər qeydiyyat üzvü tələbi 5 dəfə artırılıb. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Daha əvvəl sözügedən partiyalar da daxil olmaqla, əksər partiyalar qeydiyyata alınmamış, qüsurların aradan qaldırılması üçün onlara vaxt verilmişdi. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar