Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlətə 40 milyon manat ödəyən generalın məhkəməsinin vaxtı açıqlandı

Tarix: 02-09-2023 14:35     Baxış: 3149 A- / A+

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan Vüsal Əlizadə, Cəlal Kazımov və Bayram Bayramovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Manevr.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

Fikrət Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın ilk olaraq 80 milyon manata yaxın olduğu açıqlanmışdı.

Nizami Məmmədovun vəklili mətbuata açıqlamasında iş üzrə dəyən zərərin 40 milyon manat təşkil edən hissəsinin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar