Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

İrlandiyalı ekspert: “Ermənistanın hərbi təxribatları diqqəti cəlb etmək məqsədi daşıyır”

Tarix: 01-09-2023 21:13     Baxış: 3189 A- / A+
“Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək üçün müxtəlif üsullara, o cümlədən hərbi qarşıdurmaya əl atır”.

Bunu açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib.

Ekspert xatırladıb ki, Ermənistanın BMT TŞ-də müzakirəyə başlamaqla məsələni beynəlmiləlləşdirmək cəhdi uğursuz olub. Onun sözlərinə görə, BMT TŞ-nin Qarabağ bölgəsindəki vəziyyətlə bağlı “blokada” və ya “soyqırımı” terminologiyası ilə razılaşmaq niyyətində olmadığı açıq-aydın idi.

“Azərbaycanın Qarabağdakı ermənilərin bütün ehtiyaclarını ödəmək üçün alternativ marşrut, Ağdam-Xankəndi yolunu təklif etməsi Ermənistanın Aİ müşahidəçiləri qarşısında “blokada dramı” oynamaq planlarını da alt-üst etdi”, - deyə P.Uolş bildirib.

Politoloqun sözlərinə görə, ermənilər Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarını da münaqişəyə cəlb etmək cəhdlərini davam etdirirlər:
“Bu yaxınlarda “Masspost” erməni nəşri bəyan etmişdi ki, Ermənistan Bakı ilə İrəvan arasında danışıqlar prosesini münaqişənin yenidən başlayacağı təqdirdə vaxt udmaq və hərbi potensialını bərpa etmək fürsəti hesab etməlidir”.

P.Uolş vurğulayıb ki, Ermənistan hərbi təxribatlarda Qərbdən istifadə etməyə cəhd edərkən növbə ilə qurban, özünü kifayət qədər güclü hiss etdikdə isə təcavüzkar roluna can atır:

“Bu, Ermənistanın bütün tarixində dəfələrlə təkrarlanan dövrədir. Aydındır ki, İrəvan heç vaxt bu ssenaridən əl çəkə bilməyəcək”.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutublar. Nəticədə 3 hərbçimiz yaralanıb. oxu.az

Manevr.az 

 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar