Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

TIR-ların önünü kəsən ermənilər, görün, necə qorxur – Video

Tarix: 31-08-2023 14:12     Baxış: 3192 A- / A+

Ağdam-Xankəndi yolunda, rus sülhməramlıların blok-postunun önündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımın qarşısını kəsərək, Xankəndiyə daxil olmasına mane olan ermənilərlə bağlı süjet yayılıb.
Manevr.az xəbər verir ki, erməni mediası “acından ölən” ermənilərin Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton unu qəbul etməmək üçün “mübarizə apardığını”, yardım aparan azərbaycanlılardan bir neçə yüz metr məsafədə olduqlarını bildirib.
Ən maraqlı məqam isə “aksiya keçirən” “fəalların” üzünün göstərilməməsidir. Belə ki, kadrlarda yardımın önünü kəsənlərin tanınmaması üçün bütün “texniki qaydalara” əməl edilib.
Bu isə təsadüfi deyil. Çünki Azərbaycan qanunlarına qarşı çıxan və separatizmi yayan ermənilərin DTX tərəfindən dərhal qeydə alındığı və güc strukturlarının sisteminə oturdulduğu artıq ermənilərə yaxşı məlumdur. Bunun nəticəsidir ki, bir neçə gün öncə bayrağımızı təhqir edən futbolçular “Laçın” postunda saxlanıldı və onlara inzibati həbs verildi.
Hazırda “aksiya” keçirən ermənilər də əməllərinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hüquqi qaydada layiqincə cavablandırılacağını yaxşı bilirlər: ya “Laçın” postunda, yaxud da Xankəndinin özündə. Ona görə də artıq tanınmamaq üçün tədbirlər görürlər.
Xatırladaq ki, Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımın qarşısını kəsənlər Xankəndiyə yerləşdirilən rusiyalı milyarder Ruben Vardanyanın təşkilatının üzvləridir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar