Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda Türkiyənin Zəfər Günü qeyd olunub - Şəkillər

Tarix: 30-08-2023 21:54     Baxış: 3319 A- / A+
Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər Günü münasibətilə mərasim keçirilib.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Mustafa Kamal Atatürkün rəhbərliyində Zəfər üçün canından keçən şəhidləri yad edib, Allahdan onlara rəhmət diləyib.

Diplomat daha sonra Türkiyədəki zəlzələ fəlakətinə diqqət çəkib:

“Biz əsrin fəlakətini yaşadıq. Amma qısa müddətdə 85 milyon çiyin-çiyinə verib yenidənqurma işlərini başlatdı. Əsrin fəlakətində başda Azərbaycan olmaqla ölkəmizə yardım edən hər kəsə təşəkkür edirəm. Cümhuriyyətimizin 100-cü ilinə çatarkən Türkiyə müdafiə sənayesində inkişafı 80 faizə çatdırıb. Türkiyə bu gün bölgədə güclü ölkə səviyyəsindədir”.

C.Bağçı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu söyləyib:

“Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması ilə nəticələnəcək sülh müqaviləsinin imzalanacağını ümid edirik. Bu istiqamətdə Azərbaycanın atdığı addımları dəstəkləyirik”.

Manevr.az 







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar