Xəbər lenti
Yazarlar mədəniyyət işçilərini məftun etdi
AYB-nin Mingəçevir bölməsində Nəriman Nərimanov adına Mədəniyyət Evinin işçiləri ilə yerli yazarlar arasında görüş keçirilib.
AYB-nin son iyirmi üç ildən bəri Mingəçevirdə fəaliyyət göstərən söz məbədinin rəhbəri İsmayıl İmanzadə əvvəlcə mədəniyyət işçilərini salamlayıb, həmkarlarını görüş iştirakçılarına təqdim edəndən sonra, bölmənin xəttiylə görülən işlərdən söz açıb.
N.Nərimanov adına Mədəniyyət Evinin direktoru Əliyusif Kazımov görüşə qonaq qismində qatılan iş yoldaşlarını,-Elsevər Məmmədov, Sevda Təhməzova, Xanım Haqverdiyeva və Xəyalə Haqverdiyevanı yazarlarla tanış edərək, onların əməli fəaliyyətləri barədə geniş məlumat vermiş, qarşılıqlı ehtiram hissi ilə düzənlənən tədbirin hər iki tərəf üçün önəmli rol oynadığını vurğulayıb.
Təbbirdə yazarları təmsil edən Rəşid Rəsulovun ağsaqqal xeyir-duaları məclisə əlvan çalarlar qatmış, hamı tərəfindən razılıqla qarşılanıb.
Sonra mədəniyyət işçiləri ilə görüşə qatıldıqları üçün məmnun olduqlarını çıxışları zamanı dilə gətirən AYB-nin üzvü, şair-tədqiqatçı Əbülfət Həsənoğlu, hüquqşünas-şair Bəhmən Gülövşəli, ölkə miqyasında ədəbi ictimaiyyət tərəfindən istedadlı yazarlar kimi tanınan Məmməd Mərzili, Namiq Zaman, Ötən ay Azərbaycan Yazıçılar Birliyi üzvlərinin sırasına qoşulan, yerli dövlət teatrının ədəbi hissə müdiri, şair-dramaturq Elçin Məhərrəmli, ilk şeirlər kitabı və dövri mətbuatda dərc olunan şeirləri ilə ədəbi aləmdə uğurlu addımları ilə çoxlarının diqqətini çəkən gənc şair Nicat Hunalp çeşidli mövzu və ədəbi janrlarda yazdıqları şeirlərini oxumaqla hamıya unudulmaz anlar bəxş etdilər.
AYB Mingəçevir bölməsinin sədri, şair-publisist İsmayıl İmanzadə də bir neçə şeirini oxuyandan sonra qonaqlara özünün “Seçilmiş əsərləri”nin birinci cildini, uşaqlar üçün yazdığı və iki həftə qabaq işıq üzü görən “Hər çəməndən bir çiçək” kitablarını, yazıçı, şair-publisist Məmməd Mərzili isə Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarından birinin,-şəhid Milli Qəhrəman Allahverdi Bağırov və onun döyüşçü dostlarının yurd sevgilərindən bəhs edən “845” adlı kitabını qonaqlara hədiyyə etdilər.Tədbirdə səsləndirilən suallar cavabılandırılandan sonra yazarlar adından İsmayıl İmanzadə, mədəniyyət işçiləri adından isə Əliyusif Kazımov görüşə qatılanlara minnətdarlıqlarını bildirib, birgə əməkdaşlığın gələcəkdə də davamlı olacağını vurğuladılar.
Məmməd SARIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar