Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Göndərilən yardımlar nə zaman ermənilərə çatdırılacaq?

Tarix: 30-08-2023 20:45     Baxış: 3183 A- / A+




Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən humanitar yükün ünvana çatdırılması məqsədilə danışıqlar aparılır. Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib.
“Sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir. Bizim tərəfdaşlarımız da prosesi izləyirlər, lazım olanda onlar da prosesə qoşula bilərlər. İnanıram ki, bu məsələ yaxın vaxtda öz həllini tapacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar