Xəbər lenti
Azərbaycanda məşhur sənət yoxa çıxmaq üzrədir – Səbəb nədir?
Karikaturaçı Gündüz Ağayevin Azərbaycan əleyhinə çəkdiyi və həqiqətlərin təhrif olunduğu karikatura ictimaiyyətin qınaq obyektinə çevrilib. Bunun fonunda belə bir sual ortaya çıxır: niyə Azərbaycanda Gündüz Ağayevin təhriflərinə lazmi cavabı verən karikaturaçı sayı yox deyəcək qədər azdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, karikatura jurnalistikanın xüsusi janrlarından biridir:
Vüsal Məmmədov
“Karikatura həm çətin janrdır, həm də daxili bazarı zəifdir. Hansısa şou xəbərin qalmaqallı başlıq qoyub oxucunu sayta çəkmək olursa, karikatura vasitəsilə bunu etmək mümkün deyil. Karikatura xüsusi, düşündürücü, istedad, planlaşdırma tələb edən janrdır. Bu sahədə məhz karikatura üzrə ixtisaslaşmış redaktorlar lazımdır. Bizdə isə belə mütəxəssislər yoxdur. Bunu yalnız uzunmüddətli planla yaratmaq olar. İndi başlayıb, bir neçə ildən sonra mütəxəssislərin hazır olacağını gözləmək olar”.
V.Məmmədov deyib ki, Sovet dönəmində bu sahədə məktəb olub və həmin ənənə davam edib:
“İnqilabdan əvvəl, SSRİ-nin ilk dövrlərində “Molla Nəsrəddin” jurnalının, daha sonra “Kirpi”nin simasında belə bir ənənə var idi. Çünki karikatura ideoloji silah, vasitə kimi görünürdü. Amma indi həmin məktəb yoxdur. Bunu yaratmaq üçün xüsusi cəhdlər olmalı, maliyyə ayrılmalıdır.
Bu sahədə çalışanlar dövlətçilik, patriotizm ideologiyası ilə möhkəmlənmiş şəxslər olmalıdırlar. Təəssüf ki, bizdə sözügedən sahədə kadr çatışmazlığı var. Düşünürəm ki, çatışmazlıqlar aradan qaldırılmalıdır. Çünki karikatura sahəsində yaranmış boşluq mətbuatımıza başucalığı gətirmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar