Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yolu açmasaq, Paris bizə qarşı nə edə bilər? - Atacağı ilk addım

Tarix: 30-08-2023 16:30     Baxış: 3335 A- / A+
“ABŞ Fransanın oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Fransanın Azərbaycana qarşı təxribatçı fəaliyyətini davam etdirdiyini bildirib:
“Bu, psixoloji mübarizədir, Fransa bizə təzyiqi artırmağa çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək, Azərbaycana təzyiq siyasəti nəticə verəcək. Fransa Prezidenti Emmanuel Makronun Bakıya dünənki zəngi də bununla bağlıdır. Makronun dövlət başçısı İlham Əliyevlə fikir mübadiləsinin tərkibi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar.
Yolu açmasaq, Paris bizə qarşı nə edə bilər?

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan qarşı qətnamə qəbul etdirməyə çalışa bilər. Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu Azərbaycana görə deyil, Ukrayna müharibəsinə görə Qərblə qarşıdurmasına görə edəcək.
ABŞ-ın özü də Fransanın oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz. Fransa Avropa İttifaqı çərçivəsində də Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilər. Amma bu istiqamətdə də nəticə əldə edəcəyi problematikdir.
Avropa İttifaqında qərarlar konsensusla qəbul edilir, Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər. Ona görə də Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdır”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar