Xəbər lenti
Azərbaycan könüllüləri üçün “Könüllü Gənclər” yay düşərgəsi baş tutub
Azərbaycan Respubikasının Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının AKTİ) təşkilatçılığı ilə Şəki şəhərində baş tutan “Könüllü Gənclər” düşərgəsi yekunlaşıb.
Qurumdan Manevr.az-a verilən məlumata görə, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən düşərgədə, müxtəlif könüllü təşkilatları əhatə edən ümumilikdə 100 nəfərə yaxın Azərbaycan könüllüsü iştirak edib. 25-30 avqust tarixlərini əhatə edən düşərgənin məqsədi, könüllülərin asudə vaxtlarının səmərəli təşkil ilə yanaşı, onlara mədəni irsimizin və zəngin tariximizin aşılanması, eyni zamanda təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir. Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllülərimiz tərəfindən Ulu Öndərin abidəsi ziyarət edilib. İlərləyən dəqiqələrdə iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib. Daha sonra, açılış mərasimi baş tutan düşərgədə iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev könüllülərimizin suallarını cavablandıraraq müzakirələr aparıblar. 5 gün davam edən düşərgə müddətində könüllülərimizin asudə vaxtlarının səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel görüşlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar baş tutub. Düşərgə müddəti ilə bağlı təəssüratlarının paylaşılması və dəyərləndirilməsi üçün könüllülərimiz tərəfindən “Mənim könüllü gündəliyim”, “Könüllünün bir günü” adlı video kontentlər hazırlanıb, eyni zamanda gənclərimizin öz istedadlarını nümayiş etdirməsi üçün “İstedadSƏN!” yarışması keçirilib. Unudulmaz anlarla yadda qalan düşərgə, “White party” və əyləncə ilə yekunlaşıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar