Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Özbəkistanla olan tarixi dostluğuna həmişə sadiq qalıb

Tarix: 28-08-2023 23:11     Baxış: 3212 A- / A+
Prezident İlham Əliyev Özbəkistanın Prezident Şavkat Mirziyoyevi Azərbaycana gəlməsi münasibətilə salamladı. 

Siz Özbəkistanın Prezidenti seçildiyinizdən sonra ilk dövlət səfərinizi Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum.

Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində əslində münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.

Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Sonda Prezident İlham Əliyev: “Şavkat Mirziyoyev, Siz mənim dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyiniz üçün təşəkkür edirəm”. 

Natiq Rəfiyev
YAP Kəlbəcər rayon təşkilatının fəal üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar