Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Polis Qəbələdə əməliyyat keçirdi, saxlanılanlar var

Tarix: 28-08-2023 21:12     Baxış: 4359 A- / A+



Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş rayon sakini Azər Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindəki sellofan torbadan 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər keçirilib. Keçirilən tədbirlər zamanı Vüqar Vəliyevdən müvafiq icazəsi olmadan saxladığı 2 ov tüfəngi və 47 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar