Xəbər lenti
Bakıda evlərini turistlərə kirayə verənlərin sayı artıb
Azərbaycanda şəxsi evlərin turistlərə kirayə verilməsi halları artıb.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, belə hallar həm Bakının mərkəzində, həm də Bakıdan kənar ərazilərdə müşahidə edilir.
Azərbaycanda hotellərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, ölkədə yeni hotellər inşa edilməlidir.
AzTA rəsmisi qeyd edib ki, hotellərin inşası üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Ona görə də hotellərə tələbat var”.
M.Ağakərimovun sözlərinə görə, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. Həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasında yerləşir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar