Xəbər lenti
Xankəndidə qarşıdurma başladı – “Araiki bizdən əvvəl onlar bitirəcəklər”

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görıə, Arutyunyan İkinci Qarabağ Müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistan Baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi:
“Azərbaycan ordusu müharibə günlərində Arutyunyanın yerini müəyyənləşdirməyə çalışdı, o, məhv edilməliydi. Çünki Arutyunyan Gəncə və digər şəhərlərimizin bombalanması əmrini verdiyini açıq formada dilə gətirmişdi. Həmin zərbələr nəticəsində onlarla mülki vətəndaşımızı itirdik. Arutyunyan müharibədən sağ çıxdı. “İstefa” verib aradan çıxmağa çalışsa da, Moskvadan icazə vermədilər.
Müharibədən sonra Arutyunyan artıq Moskvanın nəzarətinə keçmişdi. İndi də “istefa” vermək istəyir, ancaq Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq.

Elxan Şahinoğlu hesab edir ki, bu durumda Qarabağ erməniləri və əli silahlı separatçıların bir qismi Arutyunyanı hədəf götürəcəklər:
“Nə qədər ki separatçılar torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizin nemətlərindən istifadə edirdilər, fikir birliyi içində idilər, elə ki müharibədə məğlub oldular və Laçın yolunda sərhəd keçid məntəqəsi yaradıldı, aralarında ixtilaf dərinləşdi və günahkar axtarışına çıxdılar. Bu durum separatçıların öz aralarında silahlı qarşıdurmaya gətirəcək. Arutyunyanı bizdən əvvəl elə özləri bitirəcəklər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar