Xəbər lenti
Xocavəndin bu kəndindən Xankəndinə ərzaq “yardımı” göndərildi... - Şəkillər

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin hayklar məskunlaşdırılmış hissəsində Rusiya və Fransanın dəstəyi ilə aparılan “Artsaxdakı 120 minlik əzabkeş erməni xalqı” və “humanitar yardım” serialları üçün növbəti şou səhnəsi nümayiş etdirilib.
Belə ki, Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsindəki hayklar Xankəndinə “doşab və “korkot” adlandırılan dağ buğdasının üçüncü partiyasını göndəriblər”.

“Aysor” nəşrinin yaydığı məlumata görə, bu barədə Çartar qəsəbəsinin qanunsuz “meriyası” məlumat yayıb.
Bu dəfə “yardım”ın ünvanları Xankəndinin “Sasunlu David küçəsindən hər biri 1 kq korkot və 0,5 litr doşab almış 200 ailə olub”.

“Təşəbbüs Rusiyada yaşayan bir qrup Çartar vətənpərvərlərinin dəstəyi, Çartar şəhər meriyasının işçiləri və könüllülərinin köməyi ilə həyata keçirilir. Təşəbbüs(yəni şou- S.L.) davamlı olacaq”, - məlumatda belə deyilir. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























