Xəbər lenti
"İlin sonuna qədər Laçında bir neçə min sakin yaşayacaq" - İlham Əliyev
"Mayın 28-dən Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq".
Manevr.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib.
Bu ilin sonuna qədər bir neçə min həm şəhər sakininin, həm kənd sakininin Laçında yaşayacağını bildirən dövlətimizin başçısı bunun böyük xoşbəxtlik olduğunu deyib:
“Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz”, - deyə Prezident qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar