Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışı olub - Şəkillər

Tarix: 25-08-2023 22:22     Baxış: 4432 A- / A+
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə təsərrüfat barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə də məlumat verilib.

Diqqətə çatdırılıb ki, ana balıq kürünün formalaşmasından sonra cinslər üzrə məhsul əldə edilməsi üçün mövsümə uyğun olaraq martdan mayadək nohurlarda, bütün ilboyu isə şirin suyu olan qapalı su təchizatı qurğusunda saxlanılır. Balıqların cinsi təyin edildikdən sonra isə damazlıq sürü müəyyənləşdirilir. Sonrakı mərhələdə balıqların genetik pasportlaşdırılması və çipləşdirilməsi həyata keçirilir. Daha sonra balıq məhsullarının hazırlanması və emalı üçün erkək balıqların ayrılması, dişi balıqlardan kürü istehsalına başlanması prosesi aparılır. Sonda isə körpə balıqların buraxılması, kürü və balıq məhsullarının əldə edilməsi prosesi həyata keçirilir.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur. azərtac

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar