Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hakan Fidan İraqda bir sıra görüşlər keçirib

Tarix: 24-08-2023 13:52     Baxış: 4329 A- / A+



Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqda bir sıra görüşlər keçirib.
TurkicWorld-un məlumatına görə, Hakan Fidan Bağdaddakı təmasları çərçivəsində İraq Milli Hikmət hərəkatının lideri Əmmar əl-Həkim, keçmiş baş nazir və Hüquq Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki və İraqdakı Haşdi Şabi Komissiyasının rəhbəri Falih əl-Feyyad ilə görüşüb.
Görüş zamanı Hakan Fidanın Bağdada səfərinin İraq və Türkiyə münasibətlərini daha da dərinləşdirəcəyi bildirilib. Qeyd edilib ki, iki ölkə arasında münasibətlər təkcə qonşuluq və dostluq xarakteri daşımamalı, siyasi və iqtisadi tərəfdaşlığa çevrilməlidir.
Keçirilən görüşdə İraqla Türkiyə arasında köklü və tarixi bir bağın olduğu, xüsusilə İraq türkmənlərinin iki ölkə arasında mühüm körpü rolunu oynadığı da qeyd edilib.
İraqın yenidən inkişafı üçün Türkiyənin kənd təsərrüfatı, sənaye, turizm və investisiya sektorlarındakı təcrübəsinə ehtiyacı olduğu, iki ölkə arasındakı ticarət həcminin təxminən 20 milyard dollar artırılmasının lazım olduğu bildirilib ki, bu yeni inkişaf yolu iki ölkə arasında münasibətləri daha da sürətləndirəcək.
Bundan başqa, görüş zamanı iraqlıların ən böyük gözləntilərinin Türkiyəyə giriş vizalarının tətbiqinin asanlaşdırılması olduğu ifadə edilib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 22-24 avqust tarixlərində İraqda rəsmi səfərdə olub.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar