Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda generalın qardaşı əsgərləri fəhlə kimi işlədir

Tarix: 24-08-2023 09:08     Baxış: 4157 A- / A+
Naxçıvanda əsgər və MAXE-lər hərbi xidmət keçmək yerinə, mülki tikintidə fəhlə əvəzi işlədilirlər. 

Bu barədə əsgərlər özləri məlumat verib.

Hərbçilərin sözlərinə görə, onları fəhlə yerinə işləməyə general-polkovnik Kərəm Mustavayevin qardaşı Nemət Mustafayev məcbur edir. Kərəm Mustafayev Naxçıvan Ümumqoşun Ordusunun komandanı, müdafiə nazirinin müavinidir.

Hərbçilər deyir ki, generalın qardaşı tikinti şirkətləri ilə sözləşib, əsgərləri fəhlə, yaxud usta kimi ora göndərir. Hərbçilərin gördüyü işin müqabilində veriləcək maaşı isə alıb, qardaşı Kərəm Mustafayevlə bölüşür. 

Şəkildə gördüyünüz mülki formadakı fəhlələr də əslində hərbçilərdir. Onlar Naxçıvan şəhərindəki “Hakim Plza”nın qarşısındakı tikintisi davam edən parkda fəhlə yerinə işləməyə məcbur edilirlər. Hazırda onlar burada hovuz tikintisi ilə məşğuldurlar.

Hərbçilərdən biri deyir ki, hər gün yüzlərlə hərbçi fəhlə formasını geyinib, tikintilərə göndərirlər:

“Nemət Mustafayev hərbi hissələri gəzib, mənim kimi tikinti işlərindən başı çıxan əsgər və MAXE-ləri seçir. Sonra generalın göstərişi ilə bizə mülki paltar geyindirib, tikintidə qul kimi işləməyə aparırlar. Bizə maaş nədir, 14 saat işlədib, yemək də vermirlər. Ən ağır işlərə göndərirlər. Biz vətəni qorumaq üçün hərbi xidmətə gəlmişik, fəhlə işləməyə yox. Səsini çıxarana, etiraz edənə saxta cinayət işi açırlar, ən yaxşı halda ucqar yerlərə xidmətə göndərirlər. Bizim gördüyümüz işə görə yazılan maaşı Nemət Mustafayev qol çəkib, götürür. Hər gün yüzlərlə hərbçi fəhlə kimi işlədilir. İndi, hesablayıb görün nə qədər pul edir”.

Digər hərbçi A.R isə deyir ki, fəhlə işləməkdən imtina etdiyi üçün, ona saxta cinayət işi açıblar:

“Bir ildən çoxdur ki, hərbi xidmətdəyəm, silah üzü görməmişəm. Silahımız “lapatka” və maladır. Sabah bir şey olsa, silahı verəcəklər ki, get, döyüş. Axı, biz qalib ordusunun əsgərləriyik. Mən bir dəfə etiraz etdim, cinayət işi açıb, içəri saldılar. Məcbur qalıb, razılaşdım, buraxdılar. İndi hər gün səhər 6-da durub, hərbi hissəni tərk edib, tikintidə işləməyə gedirəm. 10-larla hərbi maşın mənim kimi fəhlə hərbçilərə xidmət edir. Yəni, səhər işə aparıb, axşam da hərbi hissəyə qaytarır. Bu, qalib ordunun adına biabırçılıqdır”. gündəlik naxçıvan

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar