Xəbər lenti
Müşfiq Məmmədli: "Ermənistan hökuməti anlamalıdır ki, ölkə başçımızın hər bir vədinin arxasında konkret əməl dayanır"
"10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsini təsdiq etdi. 44 günlük müharibədə Azərbaycan həm hərb meydanında, həm də diplomatiya və informasiya meydanında vuruşdu, çoxlarına çox şeyi anlatdı"
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib. Deputat bildirib ki, bəzi Avropa ölkələri yaxşı başa düşdü ki, Cənubi Qafqaz regionunda yaranmış yeni situasiya bu dövlətlərin regionda nüfuzunun itirilməsi demək idi. Deməli, onları narahat edən insanların, xalqların taleyi deyil, öz dövlət maraqları oldu: "Bu müddət ərzində Cənab prezident İlham Əliyev regionda balanslaşdırılmış siyasət apardı və Azərbaycanın ən etibarlı tərəfdaş olduğunu sübut etdi. Ötən 3 ilə yaxın zamanda Azərbaycan dövlət olaraq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri ilə yanaşı xarici diplomatiyada rəsmi Bakının mövqeyini yüksək səviyyədə qorudu. Lakin buna baxmayaraq erməni tərəfi durmadan manipulyasiyaya gedir, hər addımda revanşist istəklərindən əl çəkmirlər. Son ümid olaraq BMT-nin Təhlükəsizlik Şurasına bel bağlamaları da puç oldu. Ermənistan hökuməti anlamalıdır ki, ölkə başçımızın hər bir vədinin arxasında konkret əməl dayanır.
Məhz buna görə də cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək", M.Məmmədli vurğulayıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar