Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“İrəvan deyir ki, Laçın yoluna ruslar nəzarət etməlidir, amma...” – Tarasov

Tarix: 19-08-2023 13:49     Baxış: 3332 A- / A+


“Yalnız axmaqlar BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycana qarşı qətnamənin qəbul ediləcəyini düşünə bilərdi”.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.
Ekspert Ermənistan rəhbərliyinin qərbpərəst siyasətinin Rusiyanı Türkiyə və Azərbaycana yaxınlaşmağa məcbur etdiyini bildirib:
“Ermənistanın Moskva ilə təmaslarını itirməsi narahatlıq doğurur, o, Qərbə ümid bəsləyir. Deyir ki, Qərb bizə kömək edəcək. Qərb kömək etməyəcək. Moskva hələ də güclüdür, Moskvanı Bakı və Ankaranın qucağına sıxışdırmaq olmaz”.
Tarasov Ermənistanın Laçın yoluna Rusiya sülhməramlılarının nəzarət etməli olduğu iddiasına cavabında söyləyib ki, bununla bağlı əlavə anlaşma lazımdır, 10 noyabr bəyanatı buna imkan vermir:
“Aydın olmayan məqamlar çoxdur. 10 noyabr bəyanatında aydın olmayan və qeyri-müəyyən ifadələr var. “Laçın dəhlizi”nə kim nəzarət etməlidir? Erməni tərəfi israr edir ki, Rusiya sülhməramlıları. Amma Rusiya tərəfi sülhməramlıların statusunu və onların müvəqqəti səlahiyyətlərinin həddini aydınlaşdırmaq üçün ayrıca üçtərəfli görüş çağırmağın zəruri olduğunu təklif etdikdə Bakı və İrəvan bundan imtina edir”.Rus politoloq bu səbəblərdən ermənilərin şikayətlərinin yersiz olduğunu vurğulayıb.
Tarasov BMT Təhlükəsizlik Şurasının son iclasında Azərbaycana qarşı qətnamənin qəbul ediləcəyinə inanan erməniləri “axmaq” adlandırıb:
“Bu müzakirələr zamanı qətnamənin qəbul oluna biləcəyini ancaq axmaqlar düşünə bilərdi. Müzakirə BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən birinin təşəbbüsü ilə olsa, qətnamə qəbul edilə bilər. Sessiya isə yalnız Ermənistanın xahişi ilə çağırılıb”.
Müsahibə anti-Azərbaycan fikirləri ilə doludur. Ermənipərəst mövqeyi ilə seçilən Stanislav Tarasov bu dəfə də “köhnə ənənə”sinə sadiq qalaraq, erməni jurnalistin təxribatçı suallarını eyni səpkidə cavablandırıb.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar