Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Müdafiə Nazirliyində keçirilib

Tarix: 17-08-2023 20:17     Baxış: 3220 A- / A+

İclasdan əvvəl İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Komissiyanın üzvləri Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi və Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilmiş Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə yaxından tanış oldular.
Müdafiə Nazirliyində informasiya təhlükəsizliyi sahəsində görülmüş işlərlə tanışlıqdan sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Koordinasiya Komissiyasının üzvlərinə sahə üzrə layihələrlə bağlı ətraflı məlumat verdi.
Komissiyanın sədri İlqar Musayev Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirərək Komissiyanın növbəti iclasının keçirilməsi üçün yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası öncədən müəyyən olunmuş gündəliyə uyğun müzakirələrə başladı.
Gündəliyə uyğun olaraq Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan məsələlər müzakirə olundu. Komissiyaya üzv qurumların nümayəndələrindən ibarət yaradılmış və 5 fərqli istiqamət üzrə fəaliyyət göstərən işçi qruplarda keçirilən görüşlərin nəticəsi və görülən işlərlə bağlı məlumat verildi, müvafiq qərarlar qəbul olundu.
Komissiyanın gündəliyinə daxil edilən məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə nazirliyinin Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsinin rəisi general-mayor Məmməd Eminov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev rəy və təkliflərlə çıxış etdilər.
Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanmasının vacibliyini bildirdi. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğuladı.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar