Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağla bağlı ağlasığmaz ssenari – “Sabah belə bir sənəd qəbul edilsə...”

Tarix: 15-08-2023 18:36     Baxış: 3332 A- / A+


“BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrin bizim üçün ən önəmli nəticələrindən biri bu güclərin mövqeyini yenidən test etmək olacaq”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Ekspert sabah BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə keçiriləcək müzakirəyə diqqət çəkib:
“Azərbaycana qarşı Qərbdən təzyiqlərin yenidən gücləndiyi bir vaxtda Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında “Qarabağ ermənilərinin durumu” müzakirəyə çıxarılacaq. Ermənistanın əsas məqsədi odur ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ ermənilərini “blokada”da saxladığı, “humanitar böhran” yaratdığı haqda sənəd qəbul etsin. Çünki belə bir sənədin qəbulu Ermənistan hakimiyyətinə və onun Qərbdəki himayədarlarına vaxtilə Kosovoda tətbiq edilən modeli bu dəfə Qarabağ danışıqlarına daşımaq fürsəti verə bilər.

Neçə vaxtdır, Ermənistanın Azərbaycanla sülh danışıqlarında xüsusi qabartdığı “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinə beynəlxalq zəmanət” tezisinin kökündə də, əslində, “Kosovo presedenti”nə istinad və süni şəkildə belə bir durumun yaradılması ssenariləri dayanır.
Əsas missiyası dünyada sülhü və təhlükəsizliyi qorumaq olan BMT-nin artıq öz funksiyasını yerinə yetirə bilmədiyinə və tamamilə nüfuzdan düşməsinə baxmayaraq, bu qurumun beynəlxalq güclərin əlində bir alətə çevrildiyi və dünyaya ən böyük təhlükənin də elə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olduğu faktını heç vaxt unutmamalıyıq”.
Elxan Şükürlü son sözü Azərbaycanın deyəcəyini bildirib:
“Sabah Nyu-Yorkda keçiriləcək müzakirələrin bizim üçün ən önəmli nəticələrindən biri, şübhəsiz ki, bu güclərin mövqeyini yenidən test etmək, Qarabağdakı erməni separatizmini hansı dövlətlərin açıq şəkildə dəstəklədiyini, Azərbaycanın maraqlarını isə hansı ölkələrin qoruduğunu görmək və gələcək münasibətlərin məsafəsini də ona uyğun qurmaq olacaq.
Problemin köklü həllində son və qəti sözü isə, əlbəttə, yenə də Azərbaycan əsgəri deyəcək”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar