Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov - “Ermənistan 3 ildə sülhə doğru bir addım da atmayıb”

Tarix: 14-08-2023 11:07     Baxış: 3168 A- / A+
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində “Ağdam-Xankəndi” yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud olub. Amma, son anda ermənilər bu razılaşmaları pozub.
Milli Məclisin deputatı Aqil Məmmədov açıqlamasında bildirib ki, Azərbaycanın təklifi əsasında Yevlax şəhərində Azərbaycanın rəsmi şəxsləri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi haqda beynəlxalq vasitəçilərin dəstəyi ilə razılıq əldə olunsa da, ermənilər son anda bu razılaşmadan qaçıb: “Bunun bir adı var: münaqişəni davam etdirmək. Ermənistan 3 ildə sülhə doğru bir addım da atmayıb. 1988-ci ildən hansı mövqedədirsə, bu gün də o mövqeyində qalır. Sadəcə olaraq, 44 günlük Vətən müharibəsində elə bir zərbə alıblar ki, indi vaxt udaraq toparlanmaq, beynəlxalq dəstək qazanmaq istəyirlər”.
A.Məmmədovun sözlərinə görə Ermənistan bir daha Azərbaycanla hərb meydanında üz-üzə gələ bilməyəcəyini yaxşı bilir: “Baxmayaraq ki, indi bəzi dövlətlər, konkret, Hindistan, İran Ermənistanı ən müxtəlif silahlarla təchiz etməyə başlayıblar. Amma, Ermənistan daha çox Qərbdən, müxtəlif beynəlxalq təşkilatlardan və ermənipərəst mövqeyi ilə ad çıxarmış beynəlxalq media orqanlarından istifadə edərək Azərbaycanı təzyiq hədəfinə çevirmək istəyir. Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqinə çalışırlar”.
Millət vəkili bildirib ki, Azərbaycanın işi haqq işi olduğu üçün heç bir təzyiq mexanizmi bizi hədəflərimizdən yayındırması mümkünsüzdür: “Cənab Prezident dəfələrlə bəyan edib ki, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Ona görə də, Ermənistan sözdə ifadə etdiyi kimi Azərbaycanın suverenliyini tanıyırsa, onun iradəsindən kənar “yardım kolonu” şousu yaradıb Azərbaycanı hansısa güzəştə məcbur edə bilməz”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar