Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər yenidən Azərbaycanın diaspor fəalı İlhan Aşkın barədə şikayət etdi - HƏBS EDİLƏ BİLƏR

Tarix: 12-08-2023 19:45     Baxış: 3229 A- / A+
Ermənilər yenidən Azərbaycanın diaspor fəalı İlhan Aşkın barədə şikayət etdi

Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri, İlhan Aşkının işi yenidən ermənilərin şikayəti əsasında məkhəməyə çıxarılıb.

Manevr.az xəbər verir ki, bu barədə məlumatı "Birlik" jurnalının baş redaktoru İlqar İlkin verib. O bildirib ki, erməni mediasının yazdığına görə, Lahey məhkəməsinin qərarı ilə İlhan Aşkın 1000 evro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum ediləcək:

"İlhan Aşkının bu məhkəmə işi az qala on ilə yaxındır ki, davam edir. Bu davada onun yalnız qalınması əsla qəbuledilməzdir. Bu bir mücadilədir, vaz keçəməyəcəyimiz bir davadır. Kim özünü bu davanın adamı sayırsa, İlhan bəy kimi dava adamlarının yanında olmalıdır.

Xatırladım ki, 2014-cü ildə Hollandiyanın Almelo şəhərində təşkil edilmiş minitnqdə çıxışı zamanı İlhan Aşkın, "Qarabağ erməniyə məzar olacaq" şüarı səsləndirdiyinə görə erməni diasporu tərəfindən məhkəməyə verilib.
3 mart, 2017-ci ildə keçirilən məhhkəmədə dövlət ittihamçısının İlhan Aşkının 80 saat ictimai iş cəzası və 2 il müddətində bu hadisə təkrarlanarsa 2 həftə həbs cəzasına məhkum edilməsini istəsə də, 17 martda keçirilən məhkəmədə cəzalar iki qatına çıxarılıb".

İlqar İlkin deyib ki, Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır:

"Burdan da görünür ki, ermənilər İlhan Aşkından qisas almağa çalışır. Onu yalnız buraxsaq, bu bizim üçün ən böyük utanc olar".newscenter.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar