Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Rusiyaya qapını bağladı – “Güzəşt olmayacaq”

Tarix: 11-08-2023 09:18     Baxış: 3203 A- / A+
"Rusiya və Türkiyə liderləri arasında Qarabağın dağlıq hissəsindəki silahlı erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri də müzakirə olunacaq".
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ermənistanın “humanitar yük şousu”nu davam etdirməsi danışıqlar prosesinə mane olur. “Şou”nun müəllifi və danışıqlar prosesini pozan Rusiyadır. Əlbəttə, Ermənistanın bu oyunda könüllü alət olması da başqa dərddir. Nəticəsi də budur ki, sülh danışıqları dalana dirənir. Amma son gəlişmələr fonunda Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfəri xüsusi önəmə malikdir. Zənnimcə, bu səfər çərçivəsində sülh müqaviləsi və rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti müzakirə ediləcək. Türkiyə bu məsələdə Rusiya güzəştə getməyəcək. Rusiya reinteqrasiya prosesinə mane olur, silahlı erməni birləşmələrinin çıxarılmasına imkan vermir. Bu, Ankaranı narahat edir”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya və Türkiyə liderləri arasında Qarabağın dağlıq hissəsindəki silahlı erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri də müzakirə olunacaq:

“Düşünürəm ki, müttəfiqimiz Türkiyə Azərbaycanın bu maraqlarından Rusiyaya güzəştə getməyəcək. Lazımi mesajlardan sonra nəticə olmasa, Türkiyə və Azərbaycanın təzyiq siyasətinə keçəcəyini düşünürəm. Bunun davamı olaraq, növbəti mərhələdə Azərbaycanın antiterror əməliyyatına başlayacağını istisna etmirəm.
Türkiyəyə gəlincə, Prezident Ərdoğan artıq Rusiya sülhməramlılarının iki il sonra Qarabağdan çıxacağı mesajını verib. Putinlə görüşdə bu məsələyə nöqtə qoyula bilər”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar