Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

DYP vətəndaşlara müraciət etdi

Tarix: 10-08-2023 14:16     Baxış: 3223 A- / A+


DYP vətəndaşlara müraciət etdi


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı vətəndaşlara müraciət edib.
 
Manevr.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyunların keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:
 
“Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzurlayırıq.
 
Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazilərdə metronun “Gənclik” və “Xalqlar dostluğu” stansiyalarının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızının oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.
 
“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar